Bakıda daha bir dəhşətli qəza - VİDEO

Bakıda daha bir dəhşətli qəza - VİDEO
SOSİAL
14:25 06.09.2025
823
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki,, hadisə Bakı-Qazax avtomobil yolunun 17-ci kilometrində, yolun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Səhər saat 5:30-da Bakı istiqamətində hərəkətdə olan Həsən Hilal oğlu Məmmədov 77-UM-473 dövlət nömrə nişanlı "KIA Sorento" avtomobilinin sükanı arxasında yuxulayıb. Hadisə nəticəsində avtomobil magistralın kənarındakı dəmir məhəccərə dəyib. Məhəccər maşına ön hissədən girərək arxadan çıxıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobilə ciddi xəsarət dəyib.

Faktla bağlı araşdırma aparılır.
 
 

OXŞAR XƏBƏRLƏR