AZXEBER.COM "unikal.org”a istinadən xəbər verir ki, Elvin Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub.
O, Könüllə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün Elvin Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib.
Bu zaman Könül anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.
Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq Elvin Zeynalovun bu gün xınayaxtı mərasimi olacaqmış.