Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.
O, bacısının boğazını kəsərək qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı ƏliAllahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1701060792_1701057664_6563c14295fc76563c14295fc817010363546563c14295fc56563c14295fc6.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1701060830_1701057686_6563c142a222b6563c142a222c17010363546563c142a22286563c142a2229.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1701060847_1701057635_6563c14287a8e6563c14287a8f17010363546563c14287a8c6563c14287a8d.jpg)