Qardaş boşanmış bacısını niyə öldürdü? - Təfərrüatlar

Qardaş boşanmış bacısını niyə öldürdü? - Təfərrüatlar
SOSİAL
11:28 14.11.2016
3463

Göyçayda qətl hadisəsi baş verib.

Bu barədə Trend-ə Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 13-də rayonun Alpout kəndində baş verib. Həmin kənddə müvəqqəti məskunlaşan 1990-cı il təvəllüdlü Kərimova Zeynəb İlqar qızı qardaşı, 1995-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Kərimov Araz İlqar oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR