Qardaş qardaşını amansızcasına öldürdü

Qardaş qardaşını amansızcasına öldürdü
10:47 04.02.2013
1162

Ötən gecə Şabran rayonunun Qəndob kəndində qardaş qardaşını qətlə yetirib. Rayon Prokurorluğundan verilən məlumata görə, 58 yaşlı qardaş özündən 9 yaş kiçik qardaşını öldürüb.Belə ki, 1955-ci il təvəllüdlü Vaqif Mövlud oğlu Qurbanov evlərində qardaşı Məmmədağaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə nəticəsində kiçik qardaş yerindəcə keçinib. Hadisəyə səbəb Vaqif sərxoş olub evdə nalayiq ifadələr işlətməsi olub. Buna iradını bildirən kiçik qardaşına əsəbləşən Vaqif onu öldürüb. Qətli törədən qardaş yaxalanıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparlır.

OXŞAR XƏBƏRLƏR