Qardaş və bacı bıçaqlandı - Biri öldü

SOSİAL
12:54 22.08.2016
1867
Gədəbəy rayon sakini qardaş və bacını bıçaqlayıb, onlardan biri ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Nəticədə Anar hadisə yerində ölmüş, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR