Qardaşı Malik Həsənovun 5 illik fəaliyyətsizliyini ört-basdır etməyə çalışır -Yeni seçkilərə görə

Qardaşı Malik Həsənovun 5 illik fəaliyyətsizliyini ört-basdır etməyə çalışır -Yeni seçkilərə görə
SİYASƏT
02:25 08.10.2015
1417

5 il Milli Məclisin üzvü olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov haqqında bu günə kimi yazılan xəbərlər, aparılan araşdırmalara baxmayaraq, Kərəm Həsənov min bir oyuna girərək Milli Məclisin bu "lal "deputatını yenidən hakim Yeni Azərbaycan Partiyasının sıralarından deputatlığa təkrar namizədliyini irəli sürdürə bildi

Bu gün Azərbaycanda bəzi vəzifə sahiblərində sağalmaz adətə çevrilən görməmişlik elə bir həddə çatıb ki, müəyyən qədər maliyyə imkanları olan, müxtəlif biznes rıçaqlarına sahib şəxslər prestij xatirinə nəyə desən əl atırlar.
Eyni zamanda bu xəstəlik onlara bir növ sığortalanma imkanı da verir. Bu xəstəliklər içərisində vəzifə sahibləri ilə qız alıb verməkdən tutmuş, ortaq biznes əlaqələri də mövcuddur. Həm də bu yolla kimin cibində nə var, kimin evində nə danışılır hər kəs agah olur. Yəni bu qohumluq münasibətləri bir növ ailələrarası xüsusi xidmət rolunu belə oynayır. Digər bir xəstəlik isə özünü nümayiş etdirməkdir, yəni Prestij. Kərəm Həsənov da Malik Həsənovu prestij xatirinə mandat sahibi etmək istəyir. Yəni müxtəlif yüksək səviyyəli qonaqlıqlarda öyünsün: "görürsünüz qardaşımı da deputat etdik”. O oturanlarda ona baxıb bir "Əhsən!” desinlər. Belə də Malik Həsənovun Milli Məclisdə cınqırını çıxarıb bu və ya digər bir məsələyə münasibət bildirdiyini nə görən olub, nə də eşidən. Amma Allah var, adam xeyrə-şərə yarıyandır. Onun Cəlilabad əhalisinə yarıyıb-yarımadığını deyə bilmərəm, millət vəkillərinin, tanınmış şəxslərin toyundan-yasından qalan deyil. Deyilənə görə, Malik Həsənov Həccə getmədən "hacı” kimi dostu-tanışı tərəfindən çağırılır. Bu da Azərbaycanda dəbdi, bəzi vəzifə sahibləri, onların yaxın qohum-əqrabaları bir-birlərinə "Həci” deyə səslənirlər. "Hacı” ilə "Həci”nin fərqi yəqin ki, burda qorunur. Həccə gedib Allahın buyurduğu adətləri yerinə yetirənlər "Hacı”-dırsa. Getmədən bu ali rütbəyə sahib olmaq istəyənlər isə "Həci”dir. Yəni Malik Həsənov bu gün "Həci” statusundadır.
Yəqin ki, Milli Məclisdə düymə basmaqdan yorulan barmaqlarını rahatlaşdırmaq üçün o da bir gün müqəddəs məkanın yolunu tutar. Bununla işimiz yoxdur. Amma Allah xatirinə, Malik Həsənov özü oturub fikirləşməlidir ki, 5 il Milli Məclisdə Cəliabadın millət vəkili üçün ayrılan kreslonu "Zanit”etməsi doğru deyil. Təbii ki, Malik Həsənov belə bir arqumetlə çıxış edib deyə bilər ki, mən millət vəkili kimi üzərimə düşən öhdəliyi yerinə yetirirəm və imkan daxilində seçicilərimin problemini həll edirəm. Amma MM-in iclaslarında bu və ya digər qanunların müzakirəsi zamanı danışmıram. Təbii ki, bu gün müəyyən deputatlar vardır ki,onlar davamlı olaraq belə bir arqumenti səsləndirirlər. Ancaq millət vəkilinin işi, ilk növbədə, parlamentin iclaslarında, müxtəlif komitələrdə hazırlanan qanunların müzakirəsində aktiv olmaq, həmin qanunlara öz təkliflərini çatdırmaqdır. Malik Həsənovun 5 illik deputatlığı dövründə biz bu səsləndirilən arqumentin birinə belə, rast gəlmədik. Yəni Malik Həsənovun işi yalnız və yalnız oturduğu kresloda "düymə” basmaq, bir də haqqında yazılan müxtəlif məlumatlardan qəzəblənmək oldu. Görünür Kərəm Həsənov məhz Malik Həsənovun bir millət vəkili olaraq belə susqun tərzinə aşiq olduğundan, onu yenidən mandat sahibi edib dost-tanış yanında qürurlanmaq istəyir.
67 saylı Cəlilabad şəhər Seçki Dairəsi seçiciləri isə nə ilə qürurlanacaq? - Bunu biz yox, onlar bilirlər. Allah "AZİNKO-Holdinq” prezidenti Malik Həsənovun bəxtindən bir çox cəlilabdlıya da qismət eləsin. Adam Qardaş şotuna görün necə bir sürət götürüb. Hələ seçkilərin keçirilməsi ilə bağlı rəsmi qərar verilməmişdən əvvəl mediada Malik Həsənovun adı YAP-ın "faydasızlar” siyahısında olduğu halda, birdən-birə naxışı döndü və "faydalılar” siyahısına düşdü. Malik Həsənovla bağlı mətbuatda dərc olunan məlumatlara, araşdırmalara nəzər saldıqda qeyd edilir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənov beş ildir deputat olsa da, indiyə qədər seçiciləri ilə görüşməyib. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır.
Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir. "Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə seçkiöncəsi apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə, təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyat edir və bunu "Fərhadgildən nə desən çıxar” deyə izah edir. Mediada yayılan araşdırma xəbərlərdə o da yer alır ki, Kərəm Həsənovun bəzi hakimiyyətdaxili qruplaşmalarla münaqişə vəziyyətində olması ona yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan nazirlərlə qarşıdurma, onların bəziləri ilə hətta məhkəmədə çözülən əmlak mübahisəsi komitə sədrinin mövqeyini xeyli dərəcədə laxladıb. Elə bu səbəbdən də qardaşını mandat sahibi edib, onu müxtəlif zərbələrdən qorumaq istəyir. Yəni bir növ Malik Həsənov Kərəm Həsnov üçün "prestij” sayılsa belə, digər tərəfdən özünümüdafiə qalxanıdır.
Redaksiyadan: Malik Həsənovun sahibi olduğu milyonluq varidatla bağlı ilginc məlumatlar daxil olub ki, bu məlumatları saf-çürük edib, həqiqət payını öyrəndikdən sonra, oxucularımıza təqdim edəcəyik.(veteninfo.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb