"Qardaşımın əlindən telefonu alıb, onu ölümə tərk edib"

MAQAZİN
11:54 10.10.2024
366
Xəbər verdiyimiz kimi dünən mətbuatda müğənni Ülviyyə Namazovanın qardaşının bıçaqlanması haqda xəbərlər yayılmışdı.
 
Müğənni AZXEBER.COM-a açıqlamasında faktı təsdiqləyərək ailəsinin qardaşını yaralayan insanı bağışlamadığını bildirmişdi.
 
Bu gün "İncə səhər" verilişində qonaq olan sənətçi, bunun səbəbini isə belə izah edib:
 
"O, qardaşımın qonşusudur, özü bilər. İstəsə bağışlasın. Amma anam o insanı bağışlamır. Bilirsiz niyə? Çünki ortada qəsdən adam öldürməyə təşəbbüs var. Qardaşım yaralanandan sonra teıefonunu alaraq kiməsə zəng etmək istəyib. Amma o insan telefonu belə qardaşımın əlindən alıb, onu bilərəkdən ölümə tərk edib. Üç nəfər olublar. Maşını sürən Eldəniz adında şəxs olub. O və yanındakı oğlan qaçıb, hazırda axtarışdadırlar. Amma qardaşımı vuran saxlanılıb".
 
Aysel

OXŞAR XƏBƏRLƏR