Aaron Remzinin yığmaya qayıtması gözəl hadisədir. Onunla birgə oynamaq çox xoşdur.
Bunu Uels millisinin və Madrid "Real”ının futbolçusu Qaret Beyl deyib.
O, bu gün Bakıda keçirilən mətbuat konfransında Azərbaycanla sabah keçiriləcək oyun barədə danışıb:
"Özümü yaxşı hiss edirəm. Milli komandada oynamaq böyük şərəfdir. İlk dəfə Bakıda oynayacağam.
Sizin komandanızın son oyunlarını gördükdə, inkişafın olduğunu deməliyəm. Əvvəllər Azərbaycan yığması zəif təsir bağışlayırdı. İndi isə daha baxımlı oynayırsınız”. (oxu.az)