Qaret Beyl "Real Madrid" klubundan ayrıldı

Qaret Beyl "Real Madrid" klubundan ayrıldı
İDMAN
19:07 01.06.2022
353
Uels millisinin futbolçusu Qaret Beyl İspaniyanın "Real Madrid" klubundan ayrılıb.

32 yaşlı vinger bu barədə şəxsi instaqram hesabında bildirib.

Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
OXŞAR XƏBƏRLƏR