Qaribaşvili: “Bu saziş Aİ ilə Cənubi Qafqaz arasında ticarət imkanlarını genişləndirəcək”

Qaribaşvili: “Bu saziş Aİ ilə Cənubi Qafqaz arasında ticarət imkanlarını genişləndirəcək”
SİYASƏT
15:38 17.12.2022
337
"Bu gün imzalanan saziş Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz arasında tranzit və ticarət imkanlarını genişləndirəcək”.

AZXEBER.COM xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan adı çəkilən sazişi imzalamaqla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını təsdiq edirlər.
OXŞAR XƏBƏRLƏR