Qarın ağrısı ilə xəstəxanaya getdi - 26 kiloqramlıq şiş çıxarıldı

DÜNYA
11:40 10.10.2024
266
Trabzonda qarın ağrısı və yeriməkdə çətinlik çəkdiyi üçün xəstəxanaya müraciət edən xəstə qarnındakı təxminən 26 kiloqramlıq kütlədən xilas olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Trabzonlu 64 yaşlı H.O təxminən bir aya yaxındır qarında artan şişlik və ağrıların yeriməsinə mane olmasından sonra xəstəxanaya müraciət edib.

Tədqiqat və müayinələrdən sonra xəstənin qarnında şiş olduğu müəyyən olunub.

2 saat davam edən əməliyyatda xəstənin qarnından təxminən 26 kiloqram ağırlığında olan şiş uğurla çıxarılıb.

Xəstənin müalicəsi reanimasiyada davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR