Bursada əməliyyat olunan yaşlı qadının öd kisəsindən 1284 daş çıxarılıb.
AZXEBER.COM Türkiyə mediasına mediaya istinadən xəbər verir ki, Türkiyənin Bura şəhərinin Gemlik rayonunda yaşayan qadının öd kisəsindən 1284 daş çıxarılıb.
Sağlamlıq Müdirliyindən edilən açıqlamaya görə, Ayşe Durmaz şiddətli qarın ağrısı şikayəti ilə Gemlik Dövlət Xəstəxanasına müraciət edib.
O, müayinələrdən sonra əməliyyata aparılıb.
Ümumi Cərrahiyyə Mütəxəssisi Dr. Ahmet Karakaya bildirib ki, xəstə qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.
Həkim xəstənin əməliyyatının uğurlu keçdiyini və evə buraxdıqlarını söyləyib.
Daşların bəzi hallarda öd kisəsini bağlayaraq sarılığa səbəb olduğunu qeyd edən Karakaya xəstələrin erkən müalicə ilə sağlamlıqlarına qovuşduğunu vurğulayıb.
Ayşən