Qarın hündürlüyü 43 sm-ə çatdı - temperatur mənfi 15 dərəcəyədək endi

Qarın hündürlüyü 43 sm-ə çatdı - temperatur mənfi 15 dərəcəyədək endi
SOSİAL
10:36 09.02.2020
3412
Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm,  Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.
OXŞAR XƏBƏRLƏR