Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama

Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama
SOSİAL
14:46 17.02.2017
734

 

Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib.

Bu barədə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:

 

"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb".

///Trend
OXŞAR XƏBƏRLƏR