Qarlı havada bu sürücülər təhlükəli vəziyyət yaratdılar - Biri təkər qaldırır, biri ... - VİDEO

Qarlı havada bu sürücülər təhlükəli vəziyyət yaratdılar  - Biri təkər qaldırır, biri ... - VİDEO
SOSİAL
15:37 12.01.2023
270
Sosial şəbəkələrdə drift edən maşınlar müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Ağstafa rayonunda "Land Rover Defender” markalı maşının sürücüsü drift edərkən çəkdiyi görüntüləri sosial şəbəkələrdən birində paylaşıb.

Görüntülərdən də göründüyü kimi, sürücülər buzlu yolda driftinq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozur və özlərini təhlükəyə atırlar. Bununla bağlı sosial şəbəkələrdə fərqli maşın markaları ilə eyni xətaya yol verən görüntülər yer alıb.

Qeyd edək ki, bu cür hallarla bağlı İnzibati Xətalar Məcəlləsində 511-ci maddə yer alır. Müvafiq olaraq göstərilir ki,

511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:

511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;

511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;

511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Sözügedən görüntüləri təqdim edirik:
 
Ayşən
OXŞAR XƏBƏRLƏR