Azərbaycan gömrükçüləri "Qarpız" yükündən narkotik vasitə aşkar edib

Azərbaycan gömrükçüləri "Qarpız" yükündən narkotik vasitə aşkar edib
SOSİAL
12:40 01.01.2026
94
Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 



OXŞAR XƏBƏRLƏR