Vyetnamda baş verən "Yagi” qasırğasının törətdiyi fəlakət nəticəsində ölənlərin sayının 65-ə yüksəldiyi bildirilib.
AZXEBER.COM VN Express xəbər saytına istinadən xəbər verir ki, bu barədə Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi məlumat yayıb.
Açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Bu arada Vyetnamın Baş naziri Pham Minh Chinh Yagidən təsirlənən Hayfonq şəhərinə gedib və dəymiş ziyanı ödəmək üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib.
Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçi təyin edib.
Oksana