Vyetnamda baş verən qasırğa 65 nəfərin həyatına son qoydu

DÜNYA
11:54 10.09.2024
123
Vyetnamda baş verən "Yagi” qasırğasının törətdiyi fəlakət nəticəsində ölənlərin sayının 65-ə yüksəldiyi bildirilib.
 
AZXEBER.COM VN Express xəbər saytına istinadən xəbər verir ki, bu barədə Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi məlumat yayıb.
 
Açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Açıqlamada şimaldakı bir çox çayın daşqın səviyyəsinə yaxınlaşdığı, təbii fəlakət nəticəsində 48 mindən çox evin zərər gördüyü bildirilib. Minlərlə hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. 
 
Bu arada Vyetnamın Baş naziri Pham Minh Chinh Yagidən təsirlənən Hayfonq şəhərinə gedib və dəymiş ziyanı ödəmək üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib. 
 
Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçi təyin edib.
 
Oksana


OXŞAR XƏBƏRLƏR