Braziliyanın San-Paulu şəhərində qorxunc hadisə baş verib.
AZXEBER.COM dünya mətbuatına istinadən xəbər verir ki, “Corinthians-Itaquera” adlı dəmiryol stansiyasında olan gənc qız ölümlə üz-üzə gəlib.Bu olay anbaan nəzarət kamerasında qeydə alınıb.Əlindəki telefonunu relslərin üzərinə salan qız, onu götürmək istəyərkən az qalsın həyatı ilə vidalaşmalı olacaqdı. Belə ki, relsin üzərinə enən qız bir anda sürətlə stansiyaya yaxınlaşan qatarla üzləşib. Ətrafdakı insanlar onun köməyinə gələrək qolundan çəkib ölümün pəncəsindən almağa müyəssər olublar.