Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.
Bu barədə AZXEBER.COM-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.