Qatarların “Bakmil”ə hərəkət cədvəli yenidən dəyişdirilir

SOSİAL
17:48 01.11.2024
176
Noyabrın 4-də "Bakı Metropoliteni” QSC-də qatarların "Bakmil” stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.

AZXEBER.COM xəbər verir ki, "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, metroda dispetçer idarəetməsində tətbiq edilmiş innovativ rəqəmsal texnoloji yenilik uğurla 3-cü mərhələ sınağından keçirilib. İşlərin davamı kimi "Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəli bu günə olan qaydaya uyğun təmin ediləcək.

 


OXŞAR XƏBƏRLƏR