Qatil öldürdüyü uşağın telefonu ilə valideynləri hədələdi - VİDEO, FOTOLAR

DÜNYA
10:43 07.09.2014
3078

Faciəli ölümdən cəmi bir gün sonra ana öz qızının nömrəsindən sms-lər alıb.

ABŞ-da iddiyaya əsasən öldürülən 14 yaşlı Kelli Olaflinin anasına qızının telefonundan mesajlar gəlməyə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, Kellinin anası xanım Brenda bildirir ki, qızının cəsədini 2011-ci ilin oktyabrında tapıb. Uşaq bir neçə dəfə boğazından, belindən və sinəsindən kəsilmişdi.

İlk öncə qadın fikirləşirdi ki, qızı intihar edib, lakin prokurorlar bildirir ki, qızcığaz Çikaqodakı evə qarət etmək niyyəti ilə girən kiçik-Con Uilson tərəfindən qətlə yetirilib.

Faciəli ölümdən cəmi bir gün sonra Brenda öz qızının telefonundan sms almağa başlayır.

“Qızınızı sevin”, “O istəyir ki, mən onu öldürmməmişdən qabaq sizə deyim” daha sonra “Bren elə bilirsən ki, səni sevirəm” kimi sms-lər qadının telefona gəlməyə başlayır. Nəhayət istintaqçılar 3 ildən sonra Uilsonun izinə düşərək, öz telefonunun GPS siqnalı vasitəsilə onu ələ keçirə bilirlər. Məlum olur ki, Uilson hər iki telefonu özü ilə gəzdirir.

Qeyd edək ki, Uilson kriminal işgəncələri ilə uzun bir tarixçəyə malikdir. Ən axrıncı cinayət məsuliyyətini o qarət üstündə 11 il iş kəslirək yaşayıb. Buna baxmayaraq Uilsonun hüquqlarını müdafiə edən vəkil Kellinin özünü öldürdüyünü iddia edir.

Vəkil xanım WLS-TV-yə bildirib ki, “Qətli istənilən adamın edə biləcəyi barədə həddindən artıq çox dəlil var. Bu kim desəz ola bilərdi, sadəcə polis məhz telefonun Uilsonda olduğu üçün qatil iddiası ilə nəzərini Uilsona yönəldib”.

Qeyd edək ki, məhkəmə prosesi 4-sentyabrda başlayıb və 2 həftə davam edəcək.

OXŞAR XƏBƏRLƏR