Qattuzodan Hakan Çalhanoğluna tərif

Qattuzodan Hakan Çalhanoğluna tərif
İDMAN
14:39 30.12.2017
1762
"Milan"ın baş məşqçisi Cennaro Qattuzo adı "Fenerbahçe" və "Galatasaray"la hallanan Hakan Çalhanoğlu ilə bağlı açıqlama verib.
 
Gənc mütəxəssis Türkiyə millisinin üzvünün komandadan ayrılmayacağını deyib:

"Hakan "İnter"lə oyunda meydanda yaxşı işlər gördü. Bizim üçün vacib futbolçudur. Məşqlərdə də yaxşı çalışır. Zərbələrinin qüvvəti əladır. Əgər performansını bir az da artırsa, bizim üçün açar oyunçu olacaq. Hakan son 25 gündə yaxşı çalışır".

Çalhanoğlu özü də açıqlamasında ayrılmaq fikrində olmadığını demişdi.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi yay transfer dönəmində 24 milyon avro qarşılığında "Bayer"dən (Leverkuzen) "Milan"a keçib.
 
///goal.az
OXŞAR XƏBƏRLƏR