Qax–Balakən qatarlarının hərəkəti məhdudlaşdırıldı - SƏBƏB

Qax–Balakən qatarlarının hərəkəti məhdudlaşdırıldı - SƏBƏB
SOSİAL
20:11 08.07.2026
392
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq iyulun 8-20-də Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.
OXŞAR XƏBƏRLƏR