Qaxda 149 qadın rəhbər vəzifədə çalışır

Qaxda 149 qadın rəhbər vəzifədə çalışır
10:10 07.03.2013
1026

Qax qadınları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.

AZXEBER.COM-un məlumatına görə, hazırda rayonda işləyən qadınların sayı 3900 nəfərdən çoxdur.Onların 149-u rəhbər vəzifədədir. Təhsil şöbəsində çalışanların 90 faizini qadınlar təşkil edir.Son illər rayon qadınlarından 2 nəfər “Əməkdar Müəllim” adına layiq görülüb, 3 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olub, 2 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR