Qax rayonunda 2 ev yanıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qax rayonu, Marsan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və ona bitişik ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, həmçinin ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.