Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib
SOSİAL
10:15 30.05.2026
300
Qaxda keçirilən "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlər nəticəsində ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv olunub.
OXŞAR XƏBƏRLƏR