AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşovu kəsici alətlə yaralayıb.
R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.