AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev açıqlama verib.
Onun sözlərinə görə, çətin həyat şəraiti ilə qarşılaşan 17 yaşlı oğlanla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub:
"Yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə uşağın anası tərəfindən zəncirlədiyi barədə məlumat yayılıb. Yayılan məlumata görə, uşaq illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə mövzu ilə bağlı açıqlamasında uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatların araşdırıldığını bildirib.











































