Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Qaxda əsən güclü külək rayonu internetsiz qoyub
SOSİAL
23:59 07.02.2021
346
Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

Əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR