Qaxda fındıq yığan qadını çaqqal dişlədi

Qaxda fındıq yığan qadını çaqqal dişlədi
SOSİAL
22:04 01.09.2019
7537
Qaxda 57 yaşlı qadını çaqqal dişləyib.
 
Hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Baraxaşvili Liya Solomon qızı fındıq bağında fındıq yığarkən çaqqal onun sol bud nahiyəsindən dişləyib.

Yaralını Qax Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə yardım göstərilib, yarası yuyulub-təmizlənib, quduzluq əleyhinə peyvənd vurulub və o, ambulator müayinə üçün evə buraxılıb.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR