Qaxda piyadanı maşın vuraraq öldürdü

Qaxda piyadanı maşın vuraraq öldürdü
HADİSƏ
23:30 22.09.2025
193
Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb.

AZXEBER.COM xəbər verir ki, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Eldar Tağıyev yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan E.Tağıyev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR