Qaxda qadın sürücünün vurdugu piyada ölüb.
AZXEBER.COM xəbər verir ki,bu gün günorta saatlarında Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi "Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.










































