xari

“Qaydalara əməl etməyən hotellər cərimə olunacaq”

SOSİAL
14:04 27.01.2021
222

Koronavirusun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 18 yanvar 2021-ci il tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi müəyyən qədər yumşaldılıb.Yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən "SMS” icazə sisteminin ləvğ olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb”.

AZXEBER.COM xəbər verir ki, bu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin bu sektorun nümayəndələrinə etdiyi müraciətdə deyilir.

F.Nağıyev əlavə edib ki, turizmdə canlanmanın yaranması sevindirici haldır: "Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir.

Bunu nəzərə alaraq, istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq.

Bildiririk ki, təhlükəsizlik məqsədilə xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə zəruridir. Eləcə də bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, adiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən hotellərdə monitorinqlər davam etdirilir.

Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA