Qayınana ehtiyatsızlıqdan gəlinini güllələdi

Qayınana ehtiyatsızlıqdan gəlinini güllələdi
HADİSƏ
23:12 14.05.2025
435
Goranboyda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib. Belə ki 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarının küt travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib.

Məlumata görə, gənc qadının  qayınanası - 1968-cı il təvəllüdlü Gülxanım Xudaverdiyevanın  əlində olan tirdən atılan güllə dəmiri keçərək ona dəyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR