Qayınatası tərəfindən zorlandığını deyən gəlinin ekspertizasının nəticələri açıqlandı

KRİMİNAL
17:22 27.09.2013
12072
Göyçayda qayınatası tərəfindən zorlandığı iddia edilən gəlinin işi ilə bağlı təyin edilmiş ekspertizanın nəticələri məlum olub. 
Lent.az-ın əldə etdiyi məlumata görə, Qaraxıdır kəndində İbrahimovlar ailəsində baş vermiş olayın ictimailəşməsindən sonra 27 yaşlı Gülxanım İbrahimovanın zorlanması iddiası ilə bağlı növbəti ekspertiza nümunələri Bakıya göndərilmişdi. Ekspertiza qarşısında qoyulmuş əsas sual isə qayınatası tərəfindən zorlandığı iddia edilən gəlinin bədənində ona məxsus sperma qalığının olub-olmaması olub. Lakin araşdırmalarla müəyyən edilib ki, 27 yaşlı G. İbrahimovanın bədənində qayınatasına məxsus hər hansı hissəcik və ya qalığı yoxdur. G. İbrahimovanın bəkarətini xeyli vaxt əvvəl itirməsi və bədənində hər hansı zorakılıq əlamətlərinin qalmaması isə işi daha dolaşıq edib.Göyçay rayon prokurorunun böyük köməkçisi Ramiz Yusifov Lent.az-a bildirib ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir və iş nəzarətdədir.Qeyd edək ki, ekspertizanı Göyçaydan və Ağdaş rayonundan olan həkim-ekspertlər birgə keçiriblər və qadının bədənindən yaxmalar götürülüb. Nümunələr bioloji və digər laboratoriyalarda baxılması üçün Bakıya göndərilib. 27 yaşlı Gülxanım İbrahimovanın qayınatası Rauf İbrahimov tərəfindən cinsi zorakılığa məruz qalması iddiası ilə rayon polis şöbəsinə daha əvvəl müraciət daxil olub. Lakin həmin vaxt məsələ təhqiqat müstəvisində qalıb.Onu da qeyd edək ki, 5 il əvvəl Qaraxıdır kəndində yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı quran gənc qız bir müddət əvvəl qayınatası tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edir. Qadın bildirib ki, həyat yoldaşından övladı olmadığı üçün qayınatası “bu işi öhdəsinə götürüb” və zorla gəlini ilə cinsi əlaqədə olub. Gəlinin qayınanası da hadisədən agah olsa da, baş verənləri gizlətməyə çalışıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq