Qayınatasını döyən və polisə hücum edən azərbaycanlı tutuldu

MAQAZİN
13:55 03.04.2013
1579

İsrailin Hadera şəhərində 75 yaşlı lal-kar qohumunu döydüyünə görə 1960-cı il təvəllüdlü azərbaycanlı turist saxlanılıb.

AZXEBER.COM-un “İzRus” internet nəşrinə istinadən xəbər verir ki, polisin iddiasına görə, o qanun keşikçilərini də döymək istəyib, lakin polisdə elektroşok tapançası olub.Hadera məhkəməsi İsrailə turist kimi gələn 53 yaşlı Azərbaycan vətəndaşı Yasin Abdullayevin nəzarət altında saxlanması müddətini 4 aprel tarixinədək uzadıb. Həmyerlimiz 75 yaşlı köməksiz, lal-kar qayınatasını döyməkdə şübhəli bilinir.Polisin mətbuat xidmətinin rəhbəri Mixail Zinqermanın “İzRus” portalına verdiyi məlumata görə, insident aprelin 1-i axşam saatlarında baş verib.Polislər Hadera küçələrində patrul xidməti çəkən zaman evlərdən birindən qışqırıq və şüşə qırılması səsləri eşidiblər. Qafqazdan gələn qonağı qəbul edən ailənin qonşusu polisə mənzili işarə verib. Evə daxil olan patrul xidmətinin əməkdaşları Y.Abdullayevin qocanı necə döydüyünün şahidi olublar. Lakin işə qarışan polis də hücuma məruz qalıb. Qanun keşikçisinin üzərində elektroşok tapançası olub və o, özündən çıxan turistin öhdəsindən gələ bilib.Həbs olunan azərbaycanlı lal-kar qohumunu döyməklə bağlı hər hansı bir hadisə iştirak etmədiyini bildirib. Hazırda polis şahidləri dindirməkdə davam edir.

OXŞAR XƏBƏRLƏR