“Qaynana” filmi iki məşhur kinoteatr şəbəkəsini üz-üzə qoydu: Nümayişin yeri dəyişdi

“Qaynana” filmi iki məşhur kinoteatr şəbəkəsini üz-üzə qoydu: Nümayişin yeri dəyişdi
TOP4
16:41 12.12.2018
9543

 

Azərbaycanda son zamanlar çəkilən filmlər arasında səs-küyə səbəb olan"Qaynana” filminin ətrafında müzakirələr davam edir.

Bir neçə gün öncə mətbuat konfransı keçirilərək ictimaiyyətə təqdim edilən "Qaynana” filminin yayımlanacağı kinoteatr şəbəkəsi ilə bağlı anlaşılmazlıq yaranıb.

AZXEBER.COM xəbər verir ki, filmin mətbuat konfrasında təqdimatın "Park Cinema” şəbəkəsində keçirilməsi açıqlansa da, filmin treilerində kinoteatr şəbəkəsinin adı "Cinemaplus” olaraq dəyişdirilib. Aylardır gözlənilən filmin təqdimatının hansı səbəbdən başqa şəbəkəyə verilməsi isə cavabsız qalan suallardan biridir.

Məsələ ilə bağlı portalımıza açıqlama verən "Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev yaranmış problemin onlardan qaynaqlanmadığını və filmin hansı səbəbdən başqa şəbəkədə göstəriləcəyi ilə bağlı suala cavab vermək istəmədiyini deyib:

"Bu film bizim kinoteatrlarda yayımlanmayacaq. Bilirsiz ki, bu təbii haldır. Film istehsalçısı ilə kinoteatr arasında hansısa bir razılaşma əldə edildikdən sonra film yayımlanır. Ancaq sözügedən filmin hansı səbəbdən bizim kinoteatrlarda yayımlanmayacağını deyə bilmərəm. Yaxşı olar ki, bu haqda sualı distribütor şirkətə ünvanlayasınız”.

Filmin yayımlanacağı "Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova isə "Qaynana 2” filminin 22 dekabrdan yayımlanacağını bildirib:

"Problemlə bağlı konkret məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, bu film bizim şəbəkədə yayımlanacaq. 22 dekabr tarixindən biz filmin yayımına başlayacağıq və hər birinizi filmi izləməyə dəvət edirəm”.

Filmin istehsalçısı olan "Caspian Media Group”un mətbuat xidmətinin Aysər Həsənli mövcud problemin belə izah edib:

"Düzdür biz mətbuat konfransı keçirərkən filmin "Park Cinema”da yayımlanacağını mətbuat nümayəndələri üçün elan etmişdik. Ancaq sonrakı razılaşma bizim üçün daha əlverişli oldu və "Cinemaplus”la anlaşdıq. "Caspian Media Group” olaraq bizim heç bir kinoteatr şəbəkəsi ilə konkret bir problemimiz yoxdur. Bu bizim şirkətin artıq 2-ci filmidir. Gələcək illərdə də biz yeni filmlərimizi hər iki şəbəkəyə təqdim edəcəyik. Hansı ilə əməkdaşlıq bizim üçün əlverişli olsa o zaman biz o kinoteatr şəbəkəsi ilə əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, uzun zamandır yayımı gözlənilən "Qaynana” filmi 22 dekabr tarixində "Cinemaplus” kinoteatrlarında yayımlanacaq. Filmdə Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və Papitto mahnısının ifaçısı Seeya da çəkilib. Filmin böyük maraqla qarşılanacağı gözlənilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək