Qaynata kürəkənini bıçaqladı

SOSİAL
14:56 18.05.2016
1711
Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 35 yaşlı Rövşən Elxan oğlu Ağayev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
O, cərrahiyyə şöbəsində əməliyyat olunub. Yaralının qohumu Rövşən Ağayev sayta bildirib ki, R.Ağayev qaynatası Əlövsət adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
///report

OXŞAR XƏBƏRLƏR