Qaynı tərəfindən öldürülən qadının ölümündən öncə son addımı bu olubmuş

Qaynı tərəfindən öldürülən qadının ölümündən öncə son addımı bu olubmuş
HADİSƏ
21:53 02.09.2025
1191
"Bu gün səhər "Xəzər Xəbər”in vatsap nömrəsinə Saray qəsəbəsindən şikayət gəldi. 53 yaşlı Əminə Məlikova 58 yaşlı qaynı Pərviz Məlikovun mülkə görə onu dəfələrlə hədələdiyini, hətta evini dağıtdığını dedi, çəkiliş olunmasını, məsələnin ictimailəşdirilməsini istədi”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Xəzər Xəbər”in əməkdaşı, jurnalist İbrahim Kamiloğlu deyib.

O bu gün Saray qəsəbəsində qaynı tərəfindən öldürldüyü iddia olunan qadının Xəzər TV-yə şikayət etdiyini bildirib:

"Çəkiliş üçün vaxt və yer təyin edildi. Əməkdaşlarımız həmin ünvana çatanda isə dəhşətli görüntü ilə üzləşdilər. Həmin xanım artıq öldürülmüşdü. Hadisəni törətməkdə də sözügedən qaynı şübhəli bilinir”.

Xatırladaq ki, Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir.

Saray qəsəbəsində 1974-cü il təvəllüdlü qadın öldürülüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

 


OXŞAR XƏBƏRLƏR