Qazax Rayon İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

Qazax Rayon İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var
SOSİAL
22:08 28.05.2021
653
Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus "Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

OXŞAR XƏBƏRLƏR