Qazaxda 24 yaşlı qadın kəsici alətlə xəsarət aldı

HADİSƏ
18:41 18.05.2021
596
Qazaxda gənc qadın kəsici alətlə xəsarət alıb.

"Report”un məlumatına görə, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Birinci Şıxlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Kələyeva kəsici alətlə xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR