Qazaxda 39 yaşlı kişi göldə boğuldu

Qazaxda 39 yaşlı kişi göldə boğuldu
SOSİAL
23:08 17.04.2020
1013
Qazax rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Bala Cəfərli kəndində yerləşən göldə qeydə alınıb.

Belə ki, rayonun Xınalıqlar kənd sakini 1981-ci il təvəllüdlü Ömərov Mübariz Yaqub oğlu göldə boğulub.

M.Ömərovun gölə hansı səbəbdən düşdüyü hələ ki bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR