Qazaxda 4 nəfərin öldüyü qəzanın təfərrüatı - Avtomobili saatda 160-la idarə edirmiş

Qazaxda 4 nəfərin öldüyü qəzanın təfərrüatı - Avtomobili saatda 160-la idarə edirmiş
SOSİAL
13:47 19.11.2026
69
"Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, məhkumluq həyatı yaşamış İttifaq Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə sutkanın qaranlıq vaxtı ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoyub.

Hadisə yerindəki görüntülər onun avtomobili saatda 160 kilometr sürətlə idarə etdiyi və həmin sürətlə S.Dərgahquliyevin sürdüyü "Tofaş”a çırpılmasını göstərir.

"Statistikaya görə, ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.

Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.

Yüksək sürətin xoşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!

Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər”, - məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxda 4 nəfərin öldüyü qəzanın təfərrüatı - Avtomobili saatda 160-la idarə edirmiş
13:47 19.11.2026
Qazaxda 4 nəfərin öldüyü qəzanın təfərrüatı - Avtomobili saatda 160-la idarə edirmiş
“Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” - Prezident
13:43 19.11.2026
“Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” - Prezident
Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
13:42 19.11.2026
Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
"Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır"
13:39 19.11.2026
"Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır"
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi
13:37 19.11.2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi
Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq: Qəfil dayandırmaq risklidir
13:35 19.11.2026
Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq: Qəfil dayandırmaq risklidir
92 yaşlı rektor da var, 35 ildir vəzifədə olan da –   Universitet rektorlarının YAŞLARI
13:28 19.11.2026
92 yaşlı rektor da var, 35 ildir vəzifədə olan da – Universitet rektorlarının YAŞLARI
DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
13:18 19.11.2026
DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ
13:07 19.11.2026
Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ
Dünyanın dini xəritəsi dəyişir: İslam xristianlığı geridə qoyacaq
13:06 19.11.2026
Dünyanın dini xəritəsi dəyişir: İslam xristianlığı geridə qoyacaq
Bu müəllimlərin diqqətinə - 5 gün vaxt verildi
12:59 19.11.2026
Bu müəllimlərin diqqətinə - 5 gün vaxt verildi
“Franui” məhsulları ilə bağlı həyəcan: Azərbaycana gətirilən partiya məhv edildi - FOTOLAR
12:49 19.11.2026
“Franui” məhsulları ilə bağlı həyəcan: Azərbaycana gətirilən partiya məhv edildi - FOTOLAR
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb
12:46 19.11.2026
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
12:23 19.11.2026
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
Azərbaycanda dərmanlar ucuzlaşacaq
12:13 19.11.2026
Azərbaycanda dərmanlar ucuzlaşacaq
Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?
12:03 19.11.2026
Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?