Qazaxda 62 yaşlı qadın dəm qazından zəhərləndi

Qazaxda 62 yaşlı qadın dəm qazından zəhərləndi
SOSİAL
19:47 01.01.2022
253
Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatıma görə, hadisə rayonun Aslanbəyli kəndində baş verib.

1960-cı il təvəllüdlü K.Rəsulova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
OXŞAR XƏBƏRLƏR