AZXEBER.COM xəbər verir ki, hadisə aprelin 9-da saat 17 radələrində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlunun idarə etdiyi "BMW” markalı avtomobil şəhərin Səməd Vurğun küçəsində hərəkətdə olarkən yolu keçən piyada - 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.











































