Qazaxda meyiti tapılan qadının uşağının da öldürüldüyü məlum olub

SOSİAL
13:06 27.06.2016
1417
Azyaşlının cəsədi Ağstafa çayın sahilində aşkarlanıb.
Qazaxda Gürcüstan vətəndaşı olan qadını öldürdüyünə görə həbs olunan şəxsin daha bir nəfəri qətlə yetirməsi məlum olub.
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə E.Babayevin E.Tanrıverdiyevanın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib.
Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.
Faktla bağlı araşdırma aparılırır.
OXŞAR XƏBƏRLƏR