Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan "VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı avtomobildə olan 3 qadın, 1 kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
/APA