Qazaxda sərnişin avtobusu aşıb, yeddi nəfər xəsarət alıb

Qazaxda sərnişin avtobusu aşıb, yeddi nəfər xəsarət alıb
SOSİAL
22:21 05.07.2021
383
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Sprinter” sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı ikisi uşaq olmaqla, yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR